Bakı, 25 aprel, SalamNews. Azərbaycan yelkənçiləri daha bir önəmli beynəlxalq yarışda iştirak etməyə yola düşürlər.
Azərbaycan Yelkənli İdman Federasiyasından (SFA) SalamNews-a verilən məlumata görə, Burcu Algon Giorgianni-nin rəhbərliyi və “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldızın iştirakı ilə SFA-nin 4 optimist yelkənçisi 26 Aprel – 01 May Bolqarıstanda, Bourgas Yelkən həftəsi çərçivəsində keçiriləcək “Regatta Port Bourgas” yarışında iştirak edəcəklər.
Yığma iştirakçıları:
1) Murad Allahverdi
2) Rafiq Orucov
3) Kristina Kərimova
4) Murad Hacızadə
Qeyd edək ki, bu yarış həm də “Optimist” üzrə Dünya Çempionatı öncəsi keçirilən,sınaq yarışlarından ibarət olacaq.