Azərbaycan Yelkən Federasiyasının əməkdaşları 27 saylı tam orta məktəbdə “Optimist” və “Windsurf” yay məktəbini tanıdıblar. 🤩
Görüşdə 27 saylı tam orta məktəbin 100-ə yaxın şagirdi iştirak edib. Görüş zamanı şagirdlərlə maarifləndirici oyunlar oynanılıb.
Azərbaycan Yelkən Federasiyasının məşqçiləri Seyhun Yıldız, Yasin Çakır və “windsurf” məşqçisi Ruslan Abbasov yelkən və “windsurf” idmanı barədə ətraflı məlumat verərək, şagirdləri “2023-Optimist yay məktəbi” və “2023-Windsurf yay məktəbi”-nə dəvət ediblər.☺️
Görüşün məqsədi orta məktəblərdə təhsil alan şagirdləri yelkən və “windsurf” idmanı barədə məlumatlandıraraq, idman növünün onlar arasında təbliğatını aparmaqdır.
Qeyd edək ki, Azərbaycan Yelkən Federasiyası hər il məktəblərdə yelkən idmanının təbliğatını aparır.
📌 Əgər sizdə yelkənlə tanış olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiz.