Görüşdə 8 nömrəli tam orta məktəbin 100-ə yaxın şagirdi iştirak edib. Görüş zamanı şagirdlərlə maraqlı oyunlar oynanılıb və yelkən idmanı haqqında məlumat verilib.
Yelkən idmanı üzrə milli komandanın məşqçisi Seyhun Yıldız şagirdlərə yelkən idmanı barədə ətraflı məlumat verərək, şagirdləri yelkən idmanı üzrə “2022-Yay məktəbi”-nə dəvət edib.
Görüşün məqsədi orta məktəblərdə təhsil alan şagirləri yelkən idmanı barədə məlumatlandıraraq, bu idman növünün onlar arasında təbliğatını aparmaqdır.
Qeyd edək ki, Azərbaycan Yelkən Federasiyası daha 17 məktəbdə yelken idmanının təbliğatını aparacaq.
Əgər sizdə yelkən idmanı ilə tanış olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiz.