Media Müsabiqəsi
2016-cı ilin sentyabr-dekabr aylarında Azərbaycan Yelkənli İdman Federasiyası (SFA) tərəfindən və Caspian Events təşkilatının dəstəyilə “Media Müsabiqə 2016” layihəsi uğurla həyata keçirilmişdir. Ölkədə yelkənli idmanın inkişafına əlavə impuls verilməsi üçün ilk dəfə təşkil edilən bu müsabiqədə yelkən idmanı üzrə “ən yaxşı məqalə”, “ən yaxşı foto” və “ən yaxşı video sujet” nominasiyaları üzrə yüzlərlə jurnalist və araşdırmaçı iştirak etmişdir.
Media müsabiqənin əsas başlıca məqsədləri:
- ictimaiyyətin bu sahədə davamlı maarifləndirilməsi;
- əhali və xüsusilə də gənclər arasında sağlam həyat tərzinin təşfiq edilməsi;
- ölkənin yelkənli idman tarixinin araşdırılması və;
- gənclərin yelkənli idmana marağının artırılmasına dəstək verilməsidir.
Müsabiqə Komissiyası tərəfindən müsabiqə dövrü ərzində daxil olan çoxsaylı müraciətlər hərtərfli qiymətləndirilərək, müsabiqənin qalibləri müəyyən edilmiş və 2016-cı ilin dekabr ayının 22-də qaliblərin təltifetmə mərasimi olmuşdur. Müsabiqənin nəticələri aşağıdakı kimi olmuşdur:
- “ən yaxşı məqalə” – Natiq Nəsirov (estafet.az)
- “ən yaxşı foto” – Rüstəm İsmayılov (azpress.az)
- “ən yaxşı video sujet” – Nicat Babayev (Azad Azərbaycan)
Müsabiqənin qaliblərinə hər biri 1,000 manat olmaqla mükafatlar təqdim edilmiş və dəvət edilmiş digər seçilmiş müsabiqə iştirakçılarına SFA tərəfindən fərqləndirmə mükafatları və dəyərli hədiyyələr təqdim edilmişdir. Tədbirdə media nümayəndələri ilə birgə SFA-nın rəhbərliyi, məşqçiləri və tərəfdaş təşkilatın nümayəndələri iştirak etmiş, SFA-nın fəaliyyətinə dair hesabat təqdim edilmiş və iştirakçılara Federasiyanın 2017-ci üçün tədbirlər planı haqqında ətraflı məlumat verilmişdir.