Laser bu gün dünyada ən çox yayılan olimpik yelkənli yarış sinifidir. Laser bu gün 140-dan artıq ölkədə istifadə olunan yelkən növüdür. Laser yeganə yelkəndir ki, yalnız bir dəyişməyən dizayndan ibarətdir və dəyişilmir. Laserdə görünüşdən önəmli, idmançıların hərəkətliliyidir ki, buda bu növ sinfin olimpik oyunlarına daxil olmasına səbəb olmuşdur.

Adətən ilk sinif olan optimistdən sonra, yelkənçilər laser sinfi ilə məşğul olmağa üstünlük verirlər. Laserlə optimistin ən yaxın oxşarlığı yelkənli qayığın bir nəfərdən ubarət olması və sürətli olmasından ibarətdir.