Beynəlxalq yarışda 139 peşəkar idmançı arasında 4 – cü yer

Yüksək nəticə nümayiş etdirən Azərbaycanın gənc yelkənçisi Beynəlxalq yarışda 139 peşəkar idmançı arasında 4 – cü yerdə qərarlaşıb.

 

Azərbaycan Respublikası Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova yüksək nəticə nümayiş etdirib! O, Sloveniyada “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4 – cü yerdə qərarlaşıb.

Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan Yelkənli İdman Federasiyasının aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayıb. Həmin dövrdən bu günə kimi dinamik məşqlərə start verən Yelkənli İdman Federasiyasının yelkənçiləri Azərbaycanı bir çox Beynəlxalq yarışlarda uğurla təmsil ediblər.

Qeyd edək 2014 – cü ildən etibarən Federasiyanın maddi texniki bazası gücləndirilib, məşqçi korpusu formalaşdırılıb, o cümlədən yeni idmançılar cəlb olunub. Məqsədlərə nail olunması üçün Federasiya tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib. Hazırda “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu sinifləri üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandarın məşqləri keçirilir.

Bu gün 139 peşəkar idmançı arasında 4 cü yer qazanılması Yelkənli İdman Federasiyanın gənc üzvünün böyük uğurdur.

Xüsusilə və qürurla qeyd edək ki, bu uğurun qazanılması Azərbaycan Yelkənli İdman Federasiyasına, Azərbaycanda idmanın inkişafına Prezident İlham Əliyevin qayğısının və Federasiyaya göstərilən etimadın təntənəsidir.

Qazanılan yüksək nəticə, qısa müddətdə əldə edilən müvəffəqiyyətlər tezliklə bu sahədə daha böyük uğurlara imza atılacağna işarədir.