LAZER 4.7 Avropa Gənclər Çempionatı

Respublikamızın “Laser” sinfi üzrə milli komandası bayrağımızı ilk dəfə olaraq Avropa Çempionatında dalğalandıracaq.

Federasiyanın İdman üzrə koordinatoru Burcu Algon Giorgianninin rəhbərliyi altında “Laser” sinfi üzrə milli komandamız ilk dəfə olaraq 7-14 aprel tarixlərində Yunanıstanın Patra şəhərində keçiriləcək yelkənli qayıqların “Laser 4.7” sinfi üzrə Avropa Gənclər Çempionatında iştirak edəcəkdir.

Çempionatda iştirak edəcək komanda heyəti:

Rafiq Orucov

Fərid Məmmədzadə

Ammar Hatim

Heyətin Rəhbəri – Burcu Algon Giorgianni

“Laser” sinfi üzrə baş məşqçi- Tuğçe Subaşı